Amerika Kino Akademiyasının yeni prezidenti seçilib

Amerika Kino Akademiyasının yeni prezidenti seçilib
8 avqust 2019
# 10:16

“Qara paltarlı adamlar” (Men in Black,1997) və “İngilis pasienti” (The English Patient, 1996) filmlərinin ərsəyə gəlməsində əməyi olan Devid Rubin Amerika Kino Akademiyasının yeni prezidenti seçilib.

O, rejissor Con Beylini əvəz edib.

Amerika Kino Akademiyası 1927-ci ildə “Metro Goldwyn Mayer” kinostudiyası tərəfindən yaradılıb. Əvvəlcədən akademiyanın fəaliyyəti aktyorlar, rejissorlar arasında olan mübahisələri həll etmək üçün nəzərdə tutulmuşdur. Ancaq sonradan təşkilatın fəaliyyəti dəyişmiş, kino sahəsində mükafatlar verməyə başlamışdır.

Qeyd edək ki, akademiya növbəti 92-ci Oskar mükafatlarını 2020-ci il fevralın 9-da təqdim edəcək. /azertag.az/

# 2087 dəfə oxunub

Müəllifin son yazıları

# # #