Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu
27 noyabr 2026
# 18:46

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində sosial media fenomeni Cansu Taşkın da daxil olmaqla üç nəfər həbs edilib.

Kulis.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılan Cansu, iş adamı Muammer Kapucuoğlu və Saghar Shojaei barəsində həbs qərarı verilib.

Daha 10 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Xatırladaq ki, noyabrın 24-də keçirilən əməliyyat zamanı aralarında Özcan Dəniz, Dəniz Çakır və Burcu Özbərkin də olduğu 24 nəfər saxlanılmışdı.

Onlardan bir qismi məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb, şübhəlilərdən Ceylan Kaya isə həbs edilib.

# 58 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər