İş adamı Notr-Dam kilsəsinə 100 milyon avro ayıracaq

İş adamı Notr-Dam kilsəsinə 100 milyon avro ayıracaq
16 aprel 2019
# 11:58

Notrdam kilsəsinə Salma Hayekin ərindən 100 milyon avro yardım olunacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Hollivud aktrisası Salma Hayekin həyat yoldaşı fransız milyarderi Fransua-Anri Pino Notr-Dam kilsəsinin yanğından sonrakı bərpası üçün 100 milyon avro miqdarında yardım göstərəcəyinə söz verib.

Xatırladaq ki, həmin şəxs “Gucci”, “Yves Saint Laurent”, “Bottega Veneta”, “Balenciaga”, “Boucheron”, “Alexander McQueen”, “Stella McCartney”, “Girard-Perregaux”, “Brioni”, “Ulysse Nardin” və daha neçə-neçə məşhur markanın sahibidi.

Görüntünün olası içeriği: 2 kişi, yazı

# 2404 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #