“Salnaməfilm” studiyasında yeni film çəkilir

 “Salnaməfilm” studiyasında yeni film çəkilir
26 iyul 2019
# 14:12

“Salnaməfilm” studiyasında Azərbaycanın Milli qəhrəmanları silsiləsindən sənədli filmlərin çəkilişləri davam edir.

Mədəniyyət Nazirliyindən bildirilib ki, “Mirpaşa” adlı növbəti film Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmov haqqındadır. Filmin çəkilişləri Ağdam, Bərdə və Bakıda aparılıb.

Filmin rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

Film tezliklə tamaşaçılara təqdim olunacaq. /azertag.az/

# 2058 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #