Filarmoniyada pianoçunun konserti keçiriləcək

Filarmoniyada pianoçunun konserti keçiriləcək
18 iyun 2019
# 14:21

İyunun 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında Əməkdar artist, pianoçu Elçin Şirinovun caz kvarteti konsert proqramı ilə çıxış edəcək.

Goethe-Zentrum Bakının təşkilatçılığı ilə reallaşacaq konsertdə populyar caz-hitlər səsləndiriləcək.

Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alıb, çoxsaylı beynəlxalq festivallarda iştirak edib. O, müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edərək Azərbaycan mədəniyyətini dünyada təbliğ edir. /azertag.az/

# 1543 dəfə oxunub

Müəllifin son yazıları

# # #