“Game of Thrones” serialında yeni dil yarandı

“Game of Thrones” serialında yeni dil yarandı
10 may 2019
# 10:39

Məşhur Amerika serialı “Game of Thrones” bu dəfə fərqli statistika ilə gündəmə gəlib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, serial üçün ixtira edilən “yüksək valyria” dilini öyrənənlərin sayı 900 min nəfəri aşıb.

İndi Game of Trones serialı üçün uydurulan xəyali dili yüz minlərlə insan öyrənir. Artıq serialın baxış sayı deyil, “yüksək vayria” dili böyük bir rekorda imza atıb.

“Hər insan əlbəttə ki, öləcəkdir” mənasına gəılən “Valar morgulis” sözlərilə yaddaşlara düşən dil serialın əsaslandığı romanda sadəcə 50 kəlmə ilə istifadə olunurdu.

Corc Martinin romanı seriala çevriləndə “yüksək valyria” dilçi alim David Peterson tərəfindən işlənir.

# 2265 dəfə oxunub

Müəllifin son yazıları

# # #