Türkiyədə kassa gəlirləri ilə ən ön sıralarda yer alan “Recep İvedik” filmlərinin 6-cısı tamaşaçıların görüşünə gəlir.
Kulis.az xəbər verir ki, bu haqda filmin baş rol ifaçısı Şahan Gökbakar öz İnstagram hesabında məlumat verib və filmin afişasını yayımlayıb.
Onun bildirdiyinə görə, “Recep İvedik 6” 2019-cu ilin fevralında kinoteatrlarda olacaq.
- İradə Əlili ilə görüş keçirildi
- Dərbənd qalasında Nəsimi kompozisiyası
- “Dəyərli adlar”-UŞAQLAR ÜÇÜN FİLM
Filmin afişasında qəzaya düşən təyyarə və Recep İvedikin məşhur köynəyini əlində tutan qorilla təsvir olunub. Bu görüntülər süjetlə bağlı bəzi ip ucları verərək tamaşaçıları maraq dairəsində saxlaya bilib.