"Gənc tamaşaçılar"ın aktyorları Rusiyada dərs deyəcək

"Gənc tamaşaçılar"ın aktyorları Rusiyada dərs deyəcək
26 may 2015
# 11:45

Gənc Tamaşaçılar Teatrının aktyorları Günel Məmmədova və Eşqin Quliyev Rusiya Rusiyanın IX Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcəklər. Kulisin teatrın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə iyun ayının 1-dən – 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutacaq yay məktəbində ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Azərbaycan, Ukrayna, Polşa, Gürcüstan və ümumilikdə dünyanın 20 ölkəsindən 81 nümayəndənin iştirakı nəzərdə tutulur.

Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri də təşkil ediləcək. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in Xalq Artisti Aleksandr Kalyagin, eləcə də, Vyaçeslav Polunin, Sergey Jenovaç, Lev Dodin, Boris Konstantinov, İqor Zolotovitskiy və başqalarının rəhbərliyi ilə baş tutacaq.

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi müxtəlif ölkələrdən olan gənc aktyorların təcrübə mübadiləsini təşkil etmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir.

2007-ci ildən start götürən və bu günədək dünyanın 40-dan artıq ölkəsindən 800-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

# 1403 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #