ƏSA Teatrı Lənkərana qastrol səfəri edəcək

ƏSA Teatrı Lənkərana qastrol səfəri edəcək
17 iyul 2019
# 17:05

İyunun 21-də ƏSA Teatrı Lənkərana qastrol səfərinə gedəcək.

Teatrdan Kulis.az-a verilən xəbərə görə, kollektiv orada Con Steynbekin “Adamlar və siçanlar” tamaşasını oynayacaq.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş produseri və səhnə tərtibatçısı Nicat Qulam, rejissoru Elşən Əsgərov, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lalayev, Elsevər Rəhimov, Günay Məmmədova, Fərid Əliyev, Cəmilə Məmmədli, Bəhram Rəhimli və Orxan Əliyev canlandıracaq.

# 1593 dəfə oxunub

Müəllifin son yazıları

# # #