"Taxt oyunları"nın finalı təqdim olundu

"Taxt oyunları"nın finalı təqdim olundu
20 may 2019
# 10:23

HBO kanalı “Taxt oyunları” fentezi serialının sonuncu, 8-ci mövsümdə altıncı bölümünü təqdim edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, serial 2011-ci ilin aprelindən HBO-da nümayiş olunub və ümumilikdə 73 bölümdən ibarət olub.

Ekran işi üçün əsas material amerikalı yazıçı Corc Martinin “Buzun və alovun mahnısı” kitablar seriyası olub. Həmçinin Corc Martin serialın icraçı prodüserlərindən biridir.

8-ci bölümün “Zənglər” adı ilə təqdim olunan beşinci epizodu serial tarixində ən çox baxılan bölüm kimi tarixə düşüb. Belə ki, bu seriyaya 18 milyon insan baxıb.

# 1945 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #