Musiqili Teatr sənəd qəbulu elan edib

Musiqili Teatr sənəd qəbulu elan edib
1 may 2018
# 14:40

Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib.

Teatrdan kulis.az-a verilən xəbərə görə, müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri, teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan şəxslər iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev müsabiqənin teatrın orkestr xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək məqsədi daşıdığını söyləyib.

Sənədlərin qəbulu 1 iyul 2018-ci ilə qədər davam edəcək.

# 1071 dəfə oxunub

Müəllifin son yazıları

# # #