Tərcümə Mərkəzi yeni kurslar elan edir

Tərcümə Mərkəzi yeni kurslar elan edir
18 avqust 2015
# 12:57

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədilə təşkil etdiyi kurslara qəbul elan edir.


Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurslar iki istiqamətdə (ixtisasartırma və dil kursları) fəaliyyət göstərəcək. Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə – tərcüməçinin peşəkarlıq səviyyəsindən asılı olaraq 2-6-12 aydır.

Məşğələlər həftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbul qeydiyyatı davamlıdır.

Kurslara qeydiyyata düşmək üçün aşağıdakı sənədlər mərkəzin elektron ünvanına göndərilməli, yaxud kağız formatında Azərbaycan RespublikasınınNazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir

# 1122 dəfə oxunub

Müəllifin son yazıları

# # #