Məşhur türk aktyor Şahan Gökbakar “Rəcəb İvedik 4” filmi ilə bağlı 25 milyon lirə alacağı üçün məhkəməlik olduğu yayım şirkətinin sahibi Murad Akdilek tərəfindən məhkəməyə verilib.
Kulis.az türk saytlarına istinadən xəbər verir ki, Murad bəy aktyorun onu sosial şəbəkələrdə təhqir etdiyi iddiası ilə çıxış edib və cəzalanmasını tələb edib.
Ş.Gökbakarın vəkili sosial şəbəkələrdə yayılan statusun aktyorun köməkçisi tərəfindən yazıldığını, yazılan statusun həqarət deyil kobud söz olduğunu, eyni zamanda bundan əvvəl “Rəcəb İvedik 4” filmi ilə bağlı Şahan bəylə Murad bəy arasında məhkəməlik mübahisəni əsas gətirərək müvəkkilinə bəraət istəyib və onun istəyi təmin olunub.