Baba Vəziroğlu ilə görüş keçirilib

Baba Vəziroğlu ilə görüş keçirilib
15 may 2019
# 14:41

Mayın 14-də S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyada tanınmış şair Baba Vəziroğlu ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə şairin şeirlərinə bəstələnən məşhur mahnılar səsləndirilib.

Məktəbin şagirdləri şeirlər, mahnılar oxuyublar. Baba Vəziroğlu bu kimi görüşlərin tez-tez olmasını dilə gətirib: “Televiziya ekranlarında soyuq qonaqlıqlardansa mən hər zaman belə görüşləri üstün tutmuşam. Mən fəxr hissi keçirirəm ki, bu gün müstəqli bir ölkədə yaşayıram. Müstəqil bir ölkənin belə təhsil ocaqlarında insanlarla ünsiyyətə girirəm. Çox sağ olun ki, mənimlə bu görüşü təşkil etdiniz. Bundan sonra da sıx-sıx görüşlərimiz olar. Görüşün bədii hissəsini təşkil edən dil və ədəbiyyat müəllimi Ceyran Həsənovaya təşəkkür edirəm. Belə mükəmməl işləri görüb”.

Sonda məktəblilərin suallarını cavablandıran B. Vəziroğlu məktəbin kollektivi və şagirdləri ilə xatirə şəkli çəkdirdi.

# 1772 dəfə oxunub

Müəllifin son yazıları

# # #