Stallone zorlamada ittiham olunur

Stallone zorlamada ittiham olunur
22 dekabr 2017
# 10:37

Adı gizli saxlanılan bir qadın Kaliforniya ştatının polis idarəsinə müraciət edərək aktyor Silvester Stalloneni onu zorlamaqda günahlandırıb.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə hadisə 1990-cı ildə aktyorun ofisində baş verib.

Polis hələ ki, təhqiqata başlamaqda tərəddüd edir. Belə ki, hadisənin üstündən uzun vaxt keçdiyinə görə qadının söylədiklərinin həqiqətə uyğun olub-olmadığını yoxlayır.

Aktyor isə ünvanına səsləndirilən ittihamları rədd edib.

Xatırladaq ki, noyabr ayında da qarşı oxşar ittiham irəli sürülmüşdü. Həmən ittihama görə Stallone 1986-cı ildə 16 yaşlı qıza yaxınlıq təklifi edib. Lakin qadın cinayət işinin açılmasından imtina etmişdi.

# 988 dəfə oxunub

Müəllifin son yazıları

# # #