Dramaturq səhnədən yıxılıb öldü

Dramaturq səhnədən yıxılıb öldü
30 iyul 2018
# 10:30

Tatar dramaturqu Qafur Kayumov məşq zamanı səhnədən orkestr çökəyinə yıxılaraq ölüb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Tatarıstanın Arsk şəhərinin Mədəniyyət Evində baş verib.

Kayumov “Ak Kalfak” tatar qadınları təşkilatının forumu üçün hazırlanan tamaşanın hazırlanmasında iştirak edirmiş.

“Məşq zamanı o, niyəsə səhnə arxasına nərdivan qoyubmuş və dekorasiyalar olan yerə baxırmış. Bir məqamda o, müvazinətini saxlaya bilməyib və orkestr çökəyində küncdə dayanan 24 millimetrlik boruların üstünə yıxılıb və onlardan biri onun bədənindən keçib” – deyə Mədəniyyət evinin direktoru şərh verib.

59 yaşlı Kayumov xeyli müddət Tatar akademik teatrında çalışıb. Onun pyesləri Tatarıstan və Başqırdıstanda tamaşaya qoyulub. Həmçinin o, 2005-ci ildə “Züleyxa” adlı filmdə əsas rolda oynayıb.

# 1372 dəfə oxunub

Müəllifin son yazıları

# # #