İspanlar ən yaxşı filmini seçdi

İspanlar ən yaxşı filmini seçdi
5 fevral 2018
# 12:35

İspaniyanın incəsənət və kinematoqrafiya akademiyası “Qoyya” mükafatını təqdim edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 2017-ci ilin ən yaxşı filmi nominasiyasnda İsabel Koyşetin “Kitab rəfi” filmi qalib olub.

İspaniya, böyük Britaniya və Almaniya birgə istehsalı olan film ingilis yazıçısı Penelopa Fidceraldın romanının motivləri əsasında çəkilib.

Filmdə hadisələr 1950-cıi illərdə baş verir. Florens Qrin kitab dükanı açmaq arzusu ilə İngiltərə şəhərciyinə gəlir. Filmdə əsas rolu Emili Mortimer oynayıb.

Daha bir mükafat alan film real hadisələrə əsaslanan “Nəhəng” filmi olub. Mikel Joakin Arteaqa bir əsr əvvəl yaşayıb. Boyu 2 metr 27 santimetr olan adamın çəkisi 212 kq ololub. Film “Alsolu nəhəng” adlandırılan real şəxsiyyətdən bəhs edir.

“Qoyya” mükafatının daha bir qalibi Xavyer Qutyeras olub. O “Müəllif” filmindəki troluna görə, ən yaxşı aktyor nominasiyasının qalibi olub. Aktrisa “Əlvida deyə bilmirəm” filmindəki oyununa görə mükafatlandırılıb.

Kinoya töhvələrinə görə fəxri “Qoyya” mükafatını ispan aktrisası Marisa Parades qazanıb. Geniş publika aktrisanı Almadovarın “Hündür dabanlar”, “Sirrimin çiçəyi”, “Anam haqqında hər şey”, “Onunla danış”, “İçində yaşadığım dəri” filmlərindən tanıyır.

Qoyya mükafatı 1987-ci ildən başlayaraq, hər il 28 nominasiyada təqdim olunur. Mükafat ispan rəssamı Fransiosko Qoyyanın bürünc büstüdür.

# 1087 dəfə oxunub

Müəllifin son yazıları

# # #