Rejissor həbsdən azad olundu

Rejissor həbsdən azad olundu
8 aprel 2019
# 13:40

Moskva şəhər məhkəməsi rejissor, Qoqol teatr mərkəzinin rəhbəri Kiril Serebrennikovu ev həbsindən azad edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, onunla bahəm eyni işdə cəza çəkən direktor və direktor müavini də həbsdən azad olunub.

Kiril Serebrennikov 2011-2014-cü illərdə “Platforma” adlı layihəyə ayrılan külli miqdarda pulu mənimsəməkdə şübhəli bilindiyinə görə haqqında cinayət işi açılmışdı. Rusiyanın və dünyanın nüfuzlu kino və teatr xadimləri ittihamı qəbul etməyərək həbsdə olan rejissorun müdafiəsinə qalxmışdılar.

Xatırladaq ki, Kiril Serebrennikovun "Rusiyada yaşamaq kimin üçün yaxşıdır?" tamaşası ötən ilin noyabrında MAP festivalı çərçivəsində Bakı tamaşaçılarına təqdim olunmuşdu.

# 1660 dəfə oxunub

Müəllifin son yazıları

# # #