İsrailli ulduz Bakıya gəlir

İsrailli ulduz Bakıya gəlir
22 yanvar 2018
# 09:50

İsrail estradasının ulduzu, saksofon ifaçısı Cey Seven martın 8-də ilk dəfə Bakıda, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində caz konsert proqramı ilə çıxış edəcək.

Konsertdə Stiv Uander, Fausto Papetti, Co Dassən, Ceyms Xarmer, Ennio Morrikone, Georqe Zamfir və Rəşid Behbudovun repertuarından əsərlər səsləndiriləcək.

Cey Seven saksofonla yanaşı, gitara, fleyta və barabanda da ifa etməyi bacarır. O, artistizm məharəti, qeyri-adi səhnə davranışı ilə seçilir.

Konsertə biletləri teatrın kassasından, şəhərin mərkəzləşdirilmiş kassalarından və iticket.az saytından əldə etmək olar.

# 966 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #