Qafqaz Albaniyasına səyahət

Qafqaz Albaniyasına səyahət
14 oktyabr 2015
# 14:58

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsi olan "Qafqaz Albaniyasına səyahət" çərçivəsində "Tarixin izi ilə" sənədli filmi və "Qafqaz Albaniyasına səyahət" adlı kitabı hazırlanır.

Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən Kulisə verilən məlumata görə, "Tarixin izi ilə" sənədli filmi Ağstafa rayonunda yerləşən "Keşikçidağ" Dövlət-tarix-mədəniyyət qoruğu ərazisində yerləşən qədim alban məbədləri, mağaralar kompleksinə həsr olunub. Filmdə ərazidəki kurqanlar barədə də geniş məlumat verilir.

Bu, layihə çərçivəsində çəkilən birinci sənədli filmdir.

"Qafqaz Albaniyasına səyahət" adlı kitabda isə Qafqaz Albaniyasının ümumi ərazisinə aid olan tarixi abidələr, mədəniyyət və adət-ənənələri haqqında ətraflı məlumat toplanıb.

Qeyd edək ki, sənədli film və kitab yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

# 1027 dəfə oxunub

Müəllifin son yazıları

# # #