Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi
6 iyul 2018
# 11:05

Məşhur fransız sənədli filmlər rejissoru Klod Lansman vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə o, 92 yaşında idi.

Lansmanın ən məşhur filmi “Şoa” adlanır. Doqquz saatlıq sənədli film faşist ölüm düşərgələrindən bəhs edir. O, bu iş üzərində 1974-1985-ci illərdə çalışıb.

Rus yəhudi emiqrantının oğlu olan Lansman 1925-ci ildə doğulub. Müharibədən sonra Sorbonnada təhsil alıb. 1952-ci ildə Simona de Bovuar ilə tanış olub, daha sonra aralarında sevgi münasibətləri yaranıb.

# 980 dəfə oxunub

Müəllifin son yazıları

# # #