Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri, tənqidçi-ədəbiyyatşünas Vurğun Əyyub vəfat etdi.
Kulis.azın verdiyi xəbərə görə, bu haqda mərhumun yaxını Ehtiram İlham məlumat verib.
Vurğun müəllimlə vida mərasimi bu gün saat 16-da Xətai rayonu İlqar Zülfüqarov küçəsi 29/42 ünvaındakı evində keçiriləcək. ("Həzi Aslanov" metrosu, "Neptun" marketin sağı, "Kvadratlar" ərazisi, 5 mərtəbəli yeni tikili).
Mərhum Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, bu yaxınlarda Vurğun Əyyubun səhhəti ağırlaşmışdı. O, evində həkim nəzarətində idi.
Allah rəhmət eləsin.