Xalq artistinin 80 illik yubileyi ilə bağlı tədbir təşkil olundu

Xalq artistinin 80 illik yubileyi ilə bağlı tədbir təşkil olundu
10 iyun 2024
# 12:37

Nizami Kino Mərkəzində kinorejissor, ssenarist və aktyor, Xalq artisti Əbdül Mahmudovun 80 illik yubileyi ilə bağlı tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, əvvəlcə aktyorun rol aldığı “Yeddi oğul istərəm” filmindən kadrlar nümayiş olunub.

Tədbirdə Xalq artistləri Rafiq Əzimov, Xalidə Quliyeva, Əməkdar artist Suğra Bağırzadə Əbdül Mahmudovla birgə çəkildikləri filmlərdən və çəkiliş meydançalarında olan maraqlı, xoş hadisələrdən danışıblar.

# 546 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #