Vikinq döyüşçülərinin adları niyə Ayasofiyadadır?

Vikinq döyüşçülərinin adları niyə Ayasofiyadadır?
21 avqust 2026
# 18:10

Təxminən min il əvvəl Skandinaviyadan Konstantinopola (indiki İstanbul) gələn şimal döyüşçülərinin və səyyahlarının izləri günümüzdə də Ayasofiya məscidinin mərmər məhəccərlərində yaşayır.

Kulis.az xəbər verir ki, Vikinq dövründə şərqə səyahət edən skandinaviyalılar Konstantinopolu "Böyük Şəhər" adlandırırdılar.

Xüsusilə X əsrin sonlarından etibarən şimal döyüşçüləri Bizans ordusunun və imperatoru qoruyan xüsusi Vareq qvardiyasının mühüm tərkib hissəsinə çevrilmişdilər.

Ayasofyanın cənub qalereyasındakı mərmər üzərində ilk runik yazısı 1964-cü ildə aşkar edilib və 1970-ci ildə isveçli runoloq Elizabet Sverdström tərəfindən elmi dövriyyəyə daxil edilib.

Hərflərin böyük hissəsi pozulsa da, mətndə "Halvdan" adı dəqiq oxunur.

Mütəxəssislər yazının "Halvdan bu runları qazıdı" mənasını verdiyini bildirirlər.

1975-ci ildə və növbəti illərdə aparılan araşdırmalar zamanı Ayasofyada digər vikinq izləri də tapılıb.

Tədqiqatçılar "Ári" və XI-XII əsrlərə aid edilən "Arinbarðr bu runları qazıdı" sözlərinin yazıldığı digər run nümunələrini aşkar ediblər.

Bu şəxslərin Vareq qvardiyasının əsgərləri, yoxsa ticarət və ziyarət məqsədilə kəndə gələn səyyahlar olduğu dəqiq məlum olmasa da, qazılan adlar Vikinq çağının Bizansdakı ən diqqətçəkən tarixi sübutları hesab olunur.


# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər