Əməkdar artist Vahid Əliyev əməliyyat olunub.
Kulis.az xəbər verir ki, bunu aktyorun xanımı Tamilla Əliyeva "Elgizlə izlə"yə açıqlamasında deyib. O bildirib ki, əməliyyat uğurlu keçib:
"Reanimasiyadadır. İki gün orada qalacaq və palataya köçürəcəklər. Vəziyyəti yaxşıdır".
Qeyd edək ki, ötən ilin dekabrında aktyor ürəyində ağrılar hiss edib və xəstəxanaya yerləşdirilib. Ona infarkt diaqnozu qoyulub və ürəyində 3 damarın da tıxandığı bildirilib.