Ümid Nəccarinin şeiri Amerikanın incəsənət portalında dərc olundu

Ümid Nəccari

Ümid Nəccari

7 aprel 2023
# 10:57

Saytımızın əməkdaşı Ümid Nəccarinin “Oktyabr gülləsi” şeiri Amerikanın məşhur “Spillwords” ədəbiyyat və incəsənət saytının manşetində dərc edilib.

Kulis.az xəbər verirki, Ümid Nəccarinin bu şeiri İranda aksiyalarda ölən qadınlara həsr edilib.

https://spillwords.com/an-october-bullet/

Şeirin orijinal variantı:

İranın qorxmaz qadınlarına


Bir Oktyabr gülləsi
sıxılmışdı payızın qafasına.
qan rəngində yerə sərilmiş yarpaqlar...
sürgün şair yazırdı şeirini
ciblərinin acığına...
Ölüm dadı verirdi,
masa üstündə soyuyan bir fincan qəhvə.
Ölümün səsi idi,
müharibədə uçuq damın altında qalan skripka.
Ölümün şəkli idi,
Zirzəmidə illərcə kimsəni göstərməyən güzgü...
Və ölümün özü idi
Gecə sonuncu avtobusun içində yuxuya getmiş işçi...
Oktyabr idi,
qan rəngində yerə sərilmiş yarpaqlar...
sürgün şair yazırdı şeirini
ciblərinin acığına...

# 1058 dəfə oxunub

Müəllifin son yazıları

# # #