Tbilisidə Aqdes Bağırzadənin sərgisi açılıb

Tbilisidə Aqdes Bağırzadənin sərgisi açılıb
23 may 2025
# 10:00

Tbilisidə ən məşhur rəsm qalereyalarından biri olan “IAart Gallery”də “Wondernet Express Investment Group”un dəstəyi ilə azərbaycanlı fotorəssam Aqdes Bağırzadənin fərdi sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, Aqdes Bağırzadə Tbilisidə ilk dəfə olaraq “Mənim görünməyən tərəfim” (“The Other Side of Me”) adlı əsərlər silsiləsini təqdim edir. Bu silsilədən olan fərdi əsərlər Parisdəki Beynəlxalq Müasir İncəsənət Salonunda (“Carrousel du Luvr, 2022”) nümayiş etdirilib, həmçinin “Rusiya İncəsənəti” kataloqunda “Beynəlxalq İncəsənət” (2019) bölməsində dərc olunub. Bundan əlavə, 2019-cu ildə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi bu silsilədən əsərlərdən ibarət rəngli almanax nəşr edib. Sərgidə Gürcüstanın diplomatik missiyalarının nümayəndələri və yaradıcı ziyalılar iştirak ediblər.

Aqdes Bağırzadənin sənət portfelinə bir çox digər maraqlı fotoşəkil seriyaları daxildir.

Qeyd edək ki, sərgi mayın 30-u dək davam edəcək.

# 144 dəfə oxunub

Müəllifin son yazıları

# # #