Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi
14 fevral 2022
# 09:40

Kanadalı rejissor Ayvan Raytman vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 75 yaşlı rejissor şənbə günü, evində dünyasını dəyişib.

1946-cı ildə Çexoslavakiyada doğulan A.Raytmanın ailəsi 1950-ci ildə Kanadaya köçüb.

A.Raytman bir sıra məşhur filmlərin rejissor və prodüserliyini edib. Onların içində “Xəyalət ovçuları” filmləri daha çox seçilir. Bundan başqa o, “Bethoven” və “Bethoven 2” və başqa ekran işlərinin də prodüseri olub.

# 1269 dəfə oxunub

Müəllifin son yazıları

# # #