Tanınmış aktrisa və müğənni Ceyn Birkin vəfat etdi

Tanınmış aktrisa və müğənni Ceyn Birkin vəfat etdi
17 iyul 2023
# 10:47

Fransız müğənni və aktrisa Ceyn Birkin 76 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Ceyn Birkin 1960-cı illərin sonlarında aktyorluq karyerasına başlayıb.

O, Britaniya İmperiyasının ordeni və Fransanın Milli Xidmətlərinə görə ordeni ilə təltif edilib.

Serj Qenzburla oxuduğu "Je t'aime... moi non plus" mahnısı ilə tanınan sənətçi "Hovuz", "Nildə ölüm", "Telma, Luiza və Şantal" kimi məşhur filmlərdə də oynayıb.

# 771 dəfə oxunub

Müəllifin son yazıları

# # #