Şvartseneggerin həyatı kitaba çevrilir

Şvartseneggerin həyatı kitaba çevrilir
21 aprel 2023
# 15:00

Rejissor Ceyms Kemeronun çəkdiyi "Terminator" serialı ilə adını Hollivudun ən yaxşı aktyorları sırasına daxil edən "Terminator"un ulduzu Arnold Şvartsenegger kitab nəşr etdirir.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Avstriya əsilli amerikalı aktyor "Be Useful: Seven Tools For Life" kitabında özü haqqında bilinməyənləri yazacaq.

Kitabını ilin sonuna doğru işıq üzü görəcəyini açıqlayan 75 yaşlı aktyor, "Atam həmişə mənə faydalı insan olmağı tövsiyə edib. İnsanlar onlara verdiyim məsləhətlərin işə yaradığını deyəndə gördüm ki, onun mənə öyrətdiyi həyat fəlsəfəsi gözəldir”.

Terminatör serisinin yıldızı Arnold Schwarzenegger kitap çıkarıyor - 2

Bir müddət Kaliforniya ştatının qubernatoru vəzifəsində çalışmış aktyor sözügedən kitabında həyatından nümunələr gətirərək oxucuları ruhlandırmaq istədiyini qeyd edib.


# 985 dəfə oxunub

Müəllifin son yazıları

# # #