Şuşa Günləri çərçivəsində “Yeddi Gözəl” musiqi qrupunun konserti təşkil olundu

Şuşa Günləri çərçivəsində “Yeddi Gözəl” musiqi qrupunun konserti təşkil olundu
13 dekabr 2022
# 15:15

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində “Yeddi Gözəl” musiqi qrupunun konserti təşkil olunub.

Kulis.az xəbər verir ki, konsert proqramı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər bələdiyyəsinin birgə əməkdaşlığı nəticəsində baş tutub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yaradılan “Yeddi Gözəl” musiqi qrupu Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan daxil olmaqla yeddi ölkəni təmsil edən istedadlı və peşəkar qadın musiqiçilərdən, sənətçilərdən ibarətdir. Qrupun dirijoru və solisti Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadədir.

Konsert proqramında türkdilli xalqların musiqiləri ilə yanaşı Turan Manafzadənin ifasında Azərbaycan xalq mahnıları da səsləndirilib.

Qeyd edilməlidir ki, qrupun ilk çıxışı cari ilin noyabrın 11-də Türk Dövlətləri Təşkilatının XI Səmərqənd Zirvə Görüşü çərçivəsində baş tutub.
Proqram tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsertdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş qrup üzvlərinə xüsusi xatirə plaketlərini təqdim edib.

# 1038 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #