Sizə zəfər gətirəcəyik - Zahir Əzəmət

Sizə zəfər gətirəcəyik - Zahir Əzəmət
8 noyabr 2023
# 12:00

Kulis.az Zahir Əzəmətin "Əsgər məktubu" şeirini təqdim edir.

sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək dirək verin…

sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq xırdalan pivəsi
şəxsən mənim üçün

və sevməyin, ay əclaflar
bizi gözləyən qadınları

# 797 dəfə oxunub

Müəllifin son yazıları

# # #