Yazıçı Seymur Atillanın yeni kitabı çap olunub.
Kulis.az xəbər verir ki, kitabda müəllifin 2 povesti, 1 hekayəsi, 1 essesi və müxtəlif illərdə yazdığı şeirləri yer alıb.
“Sevgimizin son seansı” adlanan kitabda yer alan povest Dövlət Neft Akademiyasında( indiki Neft və Sənaye Universitetində) baş verən qanlı terror hadisəsinə həsr olunub.Müəllif buna görə də kitabı həmin terror nəticəsində dünyasını dəyişmiş soydaşlarımızın xatirəsinə həsr edib.