Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilk dəfə olaraq Belarusun Mogilyov şəhərində keçirilən Beynəlxalq Gənclər Teatr Forumu "[email protected]"də iştirak edib.
Kulis.az xəbər verir ki, martın 20-27-də keçirilən forum çərçivəsində teatrın baş rejissoru, Azərbaycan Xalq artisti Aleksandr Şarovskinin "Kresloda oturan kişiyə sevgi ittihamı" tamaşası Belarusda nümayiş etdirilib.
Uğurla nümayiş olunan bu tamaşa Azərbaycanın Xalq artisti Nataliya Şarovskayanın yubileyinə həsr edilib.
Qeyd edək ki, Belarusa səfər çərçivəsində teatrın kollektivi, Mogilyov şəhərinin fəxri vətəndaşı, Sovet İttifaqı Qəhrəmanı, Lenin ordeni, dörd Qırmızı Bayraq ordeni, ikinci dərəcəli Kutuzov və Xmelnitski ordenləri ilə təltif edilmiş azərbaycanlı polkovnik Aslan Vəzirovun abidəsi önünə gülqoyma mərasimində iştirak edib.