2026-cı il “Qızıl Qlobus” mükafatlarının sahibləri bəlli olub.
Kulis.az xəbər verir ki, mərasimdə Pol Tomas Anderson “Döyüş ardınca döyüş” filmi ilə komediya kateqoriyasında ən yaxşı rejissor adına layiq görülüb.
Dram kateqoriyasının qalibi Kloe Çjaonun Şekspirin əsəri əsasında ekranlaşdırdığı “Hamnet” filmi olub.
Ən yaxşı aktyor nominasiyyasının qalibi “The Secret Agent” filmindəki roluna görə Vaqner Muraya təqdim edilib.
Ən yaxşı aktrisa nominasiyasında isə “Hamnet” filmindəki ifasına görə Cessi Bakli qalib elan olunub.
Xatırladaq ki, builki mərasim “Qızıl Qlobus” mükafatlarının 86-cı təqdimatı olub.