Məşhur sənətçi evtanaziya ilə həyatına son qoydu

Məşhur sənətçi evtanaziya ilə həyatına son qoydu
23 sentyabr 2026
# 10:20

Fransalı aktyor və teatr rejissoru Arno Deni 43 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin ölüm xəbərini vəkilləri açıqlayıb.

2023-cü ildə keçirdiyi əməliyyatdan sonra protezin yaratdığı ağır fəsadlar və xroniki iltihab nəticəsində bağırsaq və immunitet sistemi çökən aktyor uzun müddət müalicə alsa da, səhhəti düzəlməyib.

Yaşadığı ağrılara dözə bilməyən Deni tibbi evtanaziya üçün Belçikaya müraciət edib.

Qeyd edək ki, sənətçi ölümündən əvvəl bu növdən olan tibbi implantların fəsadlarından əziyyət çəkən xəstələri birləşdirən mərkəz də təsis etmişdi.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər