Qısametrajlı film festivalı başlayır

Qısametrajlı film festivalı başlayır
19 avqust 2022
# 12:00

Kalininqradda qısametrajlı filmlər festivalı başlayır.

Kulis.az “lenta.ru”ya istinadən xəbər verir ki, avqustun 19-da Kalininqradda “Koroçe” qısametrajlı filmlər festivalı start götürəcək.

Festival haqqında danışan şounun təşkilatçısı Anton Kalinkin qeyd edib ki, bu il rəsmi qonaqlar və iştirakçılardan əlavə Kalininqrada 250-dən çox qonaq öz vəsaiti hesabına gəlib ki, bu da tədbirə marağın artmasından xəbər verir.

“Koroçe” qısametrajlı film festivalında ilk dəfə olaraq müsabiqədənkənar proqram nümayiş olunacaq . Əsas proqrama düşə bilməyən 18 filmin nümayişi “Zarya” kinoteatrında keçiriləcək. Ümumilikdə tamaşaçılara üç seans təqdim olunacaq.

# 1121 dəfə oxunub

Müəllifin son yazıları

# # #