Pasportlaşdırılan abidələrin sayı açıqlandı

Pasportlaşdırılan abidələrin sayı açıqlandı
25 noyabr 2022
# 15:30

Mədəniyyət naziri bu il pasportlaşdırılan abidələrin sayını açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov APA-ya bildirib.

Nazirinin sözlərinə görə, 2022-ci ilin ilk 10 ayı ərzində 54 abidə pasportlaşdırılıb, 273 abidənin isə mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub.

Nazir bu proseslərin abidələrə kənar müdaxilələrin qarşısının alınması üçün edildiyini diqqətə çatdırıb: "Ötən dövr ərzində abidələrin pasportlaşdırılması və layihələndirilməsi statistikasında müsbət tendensiyanın şahidi olmuşuq. Məsələn, 2021-ci ildə 154 abidə pasportlaşdırılmış, 107 abidənin isə mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub".

# 939 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #