Muğanda Kino Günləri keçiriləcək

Muğanda Kino Günləri keçiriləcək
18 oktyabr 2024
# 13:11

Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgələrdə film nümayişini davam etdirir.

Kulis.az xəbər verir ki, budəfəki nümayiş "Muğanda Kino Günləri" İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarında olacaq.

Nümayiş etdiriləcək filmlər müasir Azərbaycan kinosunun seçilmiş filmləridir:

1. “Suğra və oğulları” – tammetrajlı bədii film, rejissor İlqar Nəcəf (85 dəqiqə)

2. “Mən burdayam, ilahi” - tammetrajlı bədii film, rejissor Qulu Əsgərov (70 dəqiqə)

3. “Tənha insanın monoloqu” - qısametrajlı bədii film, rejissor Emin Əfəndiyev (45 dəqiqə)

4. “İlkin şəhid” – qısametrajlı sənədli film, rejissor İntiqam Hacılı (17 dəqiqə)

5. “Titrəmə” - qısametrajlı bədii film, rejissor Amil Amal (14 dəqiqə)

6. “Qırmızı” - qısametrajlı bədii film, rejissor Tahir Tahiroviç (15 dəqiqə)

7. “Atam, anam, bir də mən” - qısametrajlı sənədli film, rejissor İntiqam Hacılı (25 dəqiqə)

8. ”Evsiz qalmış ay” - qısametrajlı sənədli film, rejissor Atanur Nəbiyeva (14 dəqiqə)

Nümayişlərə giriş ödənişsizdir.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

# # #