Məşhur yazıçı evində ölü tapıldı

Coan Didion, amerikalı yazıçı, ssenarist

Coan Didion, amerikalı yazıçı, ssenarist

24 dekabr 2021
# 10:35

Məşhur yazıçı vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, amerikalı yazıçı və ssenarist Coan Didion 87 yaşında dünyasını dəyişib.

Onu Manhettendə, öz mənzilində ölü tapıblar. Bu barədə yazıçının naşiri məlumat verib.

Didion 1934-cü ildə Kaliforniyada anadan olub. 1960-cı ildə “The New York Times” jurnalında çap olunması ona şöhrət qazandırıb. Didion jurnalın ədəbi tapıntısı elan edilib.

“Ağ albom”, “Göy gecələr” kitabları məşhurdur. Didon esseist kimi də tanınır. Eyni zamanda onun ssenariləri əsasında bir neçə film də çəkilib.

# 1328 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #