Məşhur müğənni Qrenlandiyanın müstəqilliyini dəstəklədi

Məşhur müğənni Qrenlandiyanın müstəqilliyini dəstəklədi
6 yanvar 2026
# 12:10

Məşhur islandiyalı musiqiçi Björk ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı ilhaq təhdidlərinə sərt reaksiya verərək adanın müstəqilliyini açıq şəkildə dəstəkləyib.

Kulis.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən sənətçi Qrenlandiya xalqının bir müstəmləkəçidən digərinə keçməsi ehtimalını “dözülməz” adlandırıb.

O, Danimarkanın Qrenlandiyaya münasibətini də tənqid edib və İslandiyanın 1944-cü ildə qazandığı müstəqilliyi nümunə göstərib.

Qeyd edək ki, Björk qrenlandiyalıları müstəqillik elan etməyə çağıraraq onlara həmrəylik mesajı göndərib.

# 188 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər