Məşhur diktorumuz koronovirusdan vəfat etdi

Məşhur diktorumuz koronovirusdan vəfat etdi
26 noyabr 2021
# 11:03

Azərbaycan radiosunun diktoru Lyudmila Nəzərli dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu haqda diktor, əməkdar artist İradə Ağayeva bildirib.

Noyabrın 2-də koronavirusa yoluxan Lyudmila Nəzərli xəstəxanaya yerləşdirildikdən bir müddət sonra müalicəsini reanimasiyada davam etdirirdi.

Qeyd edək ki, Lyudmila Nəzərli Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.

O, ötən il "Tərəqqi" medalına layiq görülüb.

Allah rəhmət eləsin...

# 2444 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #