Qabriel Qarsiya Markesin "Avqustda görüşərik" adlı romanı yayımlanıb.
Kulis.az xəbər verir ki, bu barədə Markesin oğlu iştirak etdiyi xəbər verilişində məlumat verib.
O, Markesin bu romanı yayımlamaq istəmədiyini deyib:
"Romanda heç bir dəyişiklik etməmişik. Onsuz da kifayət qədər tamamlanmış vəziyyətdə idi. Atam bu romanı yayımlamaq istəmirdi. Sadəcə üç saniyə düşündük. Görəsən, ölümündən 10 il sonra atamın icazəsi olmadan romanı yayımlamaq xəyanət sayılırmı? Düşündük ki, bəli, sayılır. Amma övladlar valideynlərinə xəyanət etmək üçün var".
Markes ilk dəfə bir əsərində qadın obrazını ön plana çıxarıb.
Qeyd edək ki, məşhur "Yüz ilin tənhalığı", "Patriarxın payızı", "Gözlənilən bir qətlin tarixçəsi", "Vəba günlərində eşq" əsərlərinin müəllifi Qabriel Qarsiya Markes 2014-cü ildə vəfat edib.