Londonda azərbaycanlı rəssamların sərgisi açılacaq

Londonda azərbaycanlı rəssamların sərgisi açılacaq
6 may 2022
# 16:20

Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə iyunun 2-də Londonda gənc azərbaycanlı rəssamların sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, 22 gənc rəssamın iştirak etdiyi sərgidə 56 rəsm əsəri nümayiş olunacaq. Sərgi Londondakı Yunis Əmrə İnstitutunun Mədəniyyət Mərkəzində keçiriləcək.

Qeyd edək ki, sərgi iyulun 12-dək ziyarətçilər üçün açıq olacaq.

# 1481 dəfə oxunub

Müəllifin son yazıları

# # #