Konsert zamanı dolu yağdı - 7 nəfər yaralandı

Konsert zamanı dolu yağdı - 7 nəfər yaralandı
23 iyun 2023
# 10:17

Britaniyalı müğənni Luis Tomlinsonun pərəstişkarları çərşənbə gecəsi ulduzun səhnəyə çıxmasını gözləyərkən Koloradodakı "Red Rocks" amfiteatrında güclü dolu yağıb.

Kulis.az Sky-a istinadən xəbər verir ki, Tomlinson 100-ə yaxın pərəstişkarının doludan xəsarət alması səbəbindən çox pis olduğunu və konsertə gedənlərə sevgilərini göndərdiyini bildirib.

Hadisədən sonra 7 nəfər həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdirilib və 90 nəfərə ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, Tomlinsonun komandası da tədbirin ləğvini təsdiqləmək üçün tvit ataraq "vaxtı gələndə bütün biletlər yenilənəcək" deyib.

# 1499 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #