Amerikalı reper Kanye Uest ikinci dəfə adını dəyişib.
Kulis.az xəbər verir ki, o bu dəfə öz adını “Ye Ye” olaraq dəyişdirib.
Teperin maliyyə direktoru artıq onun bizneslərinə aid sənədləri yeniləyib. Dəyişikliklər "Yeezy Apparel", "Yeezy Record Label, LLC" və "Getting Out Our Dreams Inc." kimi şirkətləri əhatə edir. Əvvəlki sənədlərdə reper “Ye West” adı ilə imza atırdı.
Qeyd edək ki, Kanye ilk dəfə 2021-ci ildə adını rəsmi olaraq “Ye” olaraq dəyişmişdi.