İtkin düşən aktyorun axtarışları davam edir

İtkin düşən aktyorun axtarışları davam edir
20 iyun 2023
# 12:30

İtkin düşən aktyor Culian Sandsın axtarışları davam edir.

Kulis.az xəbər verir ki, The Hollywood Reporter məlumat yayıb.

“17 iyun 2023-cü il şənbə günü San Bernardino Dairəsinin Şerif Departamenti Baldi dağının səhrasında itkin düşmüş səyahətçi Julian Sands üçün axtarışlarını davam etdirir. Təəssüf ki, Sandsın yeri hələ də müəyyən edilməyib”, - deyə Şerif Departamentindən bildiriblər.

Axtarışlarda 80-dən çox könüllü və axtarış-xilasetmə xidmətinin üzvləri iştirak edib. Onlara iki helikopter və bir neçə pilotsuz təyyarə ilə havadan dəstək verilib.

Səlahiyyətlilər bildiriblər ki, Sandsın axtarışları davam etdiriləcək.

Qeyd edək ki, “A Room with a View” və “The Warlock” filmlərindəki rolları ilə tanınan Sands Kaliforniyanın San Gabriel dağlarında gəzintiyə çıxdıqdan sonra itkin düşüb.

# 800 dəfə oxunub

Müəllifin son yazıları

# # #