Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi
26 may 2026
# 11:53

Xanəndə Gülnar Qüdrətli yeni layihəsini dinləyicilərinə təqdim edib

Kulis.az xəbər verir ki, muğam televiziya müsabiqəsinin qalibi Gülnar Qüdrətli sözləri Məhəmməd Füzuliyə, musiqisi Cahangir Cahangirova aid "Etməzmidim" əsərini yenidən səsləndirib.

Xanəndənin yeni işinin musiqi tərtibatçısısı İlkin Valehoğludur.

Qeyd edək ki, əsərin ilk ifaçısı Xalq artisti Niyaməddin Musayev olub və əsər "Qatır Məmməd" filmdə səslənib.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər