Evində ölü tapılan məşhur ifaçının ölüm səbəbi məlum oldu

Evində ölü tapılan məşhur ifaçının ölüm səbəbi məlum oldu
19 aprel 2023
# 15:00

Ötən ilin noyabrın ayında Los Ancelesdəki evinin vanna otağında ölü tapılan ABŞ müğənnisi Aaron Karter ölüm səbəbi məlum olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə-tibbi ekspertizanın rəyinə görə, ifaçı qəbul etdiyi qəbul etdiyi sakitləşdirici dərmanlardan və içinə çəkdiyi sprey təmizləyicilərdən vannada təsadüfən boğularaq ölüb.

BBC-nin verdiyi məlumata görə, Karterin bədənində sakitləşdirici alprazolam və sıxılmış qaz difluoretan tapılıb.

Bildirilib ki, bu qaz tez-tez sprey təmizləyicilərdə istifadə olunur və narkotik təsiri göstərir. Məlumata görə, aşkar edilən iki maddə Karteri hərəkətsiz hala salaraq ölümünə səbəb olub.

Yarılma Karterin 2022-ci il noyabrın 5-də ölümündən bir gün sonra aparılsa da, toksikoloji testlərin cavabları gözlənildiyi üçün nəticələr yenicə paylaşılıb.

"Backstreet Boys" qrupunun üzvü Nik Karterin kiçik qardaşı olan müğənni "I Want Candy", "Aaron's Party (Come Get It)" və "That's How I Beat Shaq" kimi mahnıları ilə tanınırdı.

Adli tabip raporu: Şarkıcı Aaron Carter kazara küvetinde boğulup öldü

# 865 dəfə oxunub

Müəllifin son yazıları

# # #