Aktyor Elməddin Cəfərov qonaq olduğu "Qapqara" verilişində tiktoku tənqid edib.
Kulis.az xəbər verir ki, onun dediyinə görə, gənclər tiktok sayəsində asan pul qazanmaq üçün müxtəlif yollara əl atır:
"Üzülürəm, onları başa salsam, bəlkə, doğru yola yönələrlər. Eləsi var ki, özündən sonra gələn nəslin tərbiyəsini çox pozur. Söhbət ailə tərbiyəsindən getmir. Şəxsiyyətsizliyi reklam edirlər.
- Tom Hanksın yeni filmi yayımlanacaq
- Bakıda amerikalı rəssamın sərgisi açılacaq
- Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirildi
Adamların özündə yoxdur. Özləri nədir, onu edirlər. Bunun üzərindən maşın, ev alanlar var. Yeni nəsil də deyir, 300-500 manata işləyim? Buradan isə 5 min qazanırlar. Pulla geri ala biləcəyin hər şeyi sata bilərsən. Hər şeyi satmaq olar: maşın, ayaqqabı - istehsal et sat, ev. Amma nəyisə pulla geri ala bilmirsənsə, satma".